İsrailin Qəzzaya hücumu nəticəsində 13 nəfər ölüb

İsrailin Qəzzaya hücumu nəticəsində 13 nəfər ölüb

İsrail ordusunun Qəzza zolağının şimal və mərkəzi hissələrində həyata keçirdiyi hücumlarda 13 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında Qəzza şəhərinin Yarmuk rayonunda köçkün fələstinlilərin sığındığı Fərabi məktəbini bombalayıb.

Hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. İsrail ordusu Qəzza zolağının mərkəzi hissələrində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinin cənubunu vurub. Hücum nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə