Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ərəb Liqasına üzv ölkələrin iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən Suriya mövzusundakı toplantıda iştirak edib.
SİA-nın məlumatına görə, nazirliyin “X” sosial media hesabından edilən paylaşımda H.Fidanın Ərəb Liqasından Səudiyyə Ərəbistanı, Suriya, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirləri ilə birlikdə Ər-Riyadda keçirilən Suriya mövzusundakı toplantıya qatıldığı qeyd edilib.
Ər-Riyaddakı iclas 14 dekabr 2024-cü ildə İordaniyanın Akabe şəhərində keçirilən Suriya mövzusunun davamı xarakterini daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə