...Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən ukraynalı komandir Polşanın “Wirtualna Polska” nəşrinə açıq açıqlama verib.
SİA-nın məlumatına görə, o bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin fərarilik faizi bütün ağlasığmaz dəyərləri üstələyir.
...Elə vaxtlar olur ki, bölməni icazəsiz tərk edənlərin sayı yaralanan və ölənlərin sayından çox olur. Bir qayda olaraq, fərarilərin 10 faizindən çoxu xidməti yerinə qayıtmır, - deyə hərbçi bildirib.
Digər məsələlərlə yanaşı, o əlavə edib ki, gələcək döyüşçünü döyüş təmas xəttində üzləşməli olacağı şərtlərə hazırlaya biləcək bir dənə də təlim mərkəzi yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda Rusiya ilə Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi hazırlanır və Kiyev Minski bu məsuliyyətə cəlb etmək istəyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə