İsveçrə nüvə münaqişəsi olacağı təqdirdə Soyuq müharibə dövründə tikilmiş mülki müdafiə sığınacaqlarını yeniləmək niyyətindədir. SİA xəbər verir ki, 1963-cü ildə qəbul edilmiş qanuna əsasən, əcnəbilər və qaçqınlar da daxil olmaqla, İsveçrənin 9 milyonluq əhalisinin hər birinə bomba və nüvə radiasiyasından qoruyan bunker yerinə zəmanət verilir.
Vo kantonunun mülki müdafiə xidmətinin rəhbəri Lui-Anri Delarajazın sözlərinə görə, yaxın illərdə İsveçrə Konfederasiyası mövcud qaydalardakı bir sıra istisnaları aradan qaldırmaq və bir neçə köhnə hava hücumu sığınacaqlarını yeniləmək istəyir: “Bu o demək deyil ki, biz münaqişəyə hazırlaşırıq, amma bizim sığınacaqlar şəbəkəmiz var və biz onları işlək vəziyyətdə saxlamalıyıq”.
Oktyabr ayında hökumət “İsveçrənin silahlı münaqişə vəziyyətində dayanıqlılığını” təmin edilməsi məqsədilə məsləhətləşmələrə başlayıb və köhnə hava hücumu sığınacaqlarının modernləşdirilməsinə 250 milyon ABŞ dolları ayırmağı planlaşdırır, - deyə “Reuters” yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə