"Rusiya 100 ildə ilk dəfə məğlubiyyətlə üzləşəcək"..?

Dövlət Dumasının keçmiş deputatı Rusiya Federasiyası üçün "ağır nəticələr" proqnozlaşdırır...

...Rusiya Federasiyası yaxın gələcəkdə Ukraynaya qarşı müharibəni qələbə qazanmadan dayandırmalı olacaq. Bu səbəbdən ölkə müharibədən sonrakı ağır böhranla üzləşəcək.

SİA-nın məlumatına görə, Dialoq.UA xəbər verir ki, bu barədə rusiyalı ultra-vətənpərvər, Dövlət Dumasının keçmiş deputatı Viktor Alksnis Telegram-dakı bloqunda yazır.

O, ABŞ-da yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimindən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin cəbhə xətti boyunca dondurulacağına əmindir.

...Dünyanın əksər ölkələri müharibənin dayandırılmasını istəyir. O cümlədən bizim “dost” ölkələrimiz olan Çin və Hindistan da.

...Biz bu çoxluğa təkbaşına müqavimət göstərə bilmərik. "Xüsusi hərbi əməliyyat"-ın bütün məqsədlərinin yerinə yetiriləcəyi və Ukraynada qələbənin əldə ediləcəyi ilə bağlı bütün bəyanatlarımıza baxmayaraq, əslində buna nail olmaq üçün heç kim və heç nə yoxdur. 100 ildən artıq müddətdə ilk dəfə olaraq biz ağır nəticələri olan ağır hərbi məğlubiyyətlə üzləşəcəyik.

Bunu Alksnis yazıb. O, təbliğatın müharibənin başa çatmasını qələbə kimi təqdim edəcəyinə, ölkə vətəndaşlarının əksəriyyətinin inanıb sevinəcəyinə aydınlıq gətirib. Bununla belə, nəticələr özünü çox gözlətməyəcək.

...Bizi çətin günlər gözləyir və biz onlara hazır olmalıyıq.

Bunu da Z-patriot yazıb.

...Yeri gəlmişkən, Rusiyada müharibədən sonrakı kəskin böhranı keçmişdə Rusiya lideri Vladimir Putinin spikeri kimi çalışmış siyasi strateq Abbas Qalyamov da proqnozlaşdırır.

O, xəbərdarlıq edib ki, Kremlin ruslara təqdim edəcəyi mövcud olmayan qələbə mifi tez bir zamanda dağılacaq və Rusiya Federasiyası vətəndaşları xoşagəlməz reallıqla üzləşəcəklər.

...Onların başları ayılanda başa düşəcəklər ki, heç bir denazifikasiya uğur qazanmayıb və “demilitarizasiya” problemi var - Ukrayna ordusu heç vaxt indiki qədər silahlı olmayıb.

Qeyd edək ki, Qalyamov bunu “Point” resursunun köşə yazısında yazıb.

Onun fikrincə, rusların əhval-ruhiyyəsinə iqtisadi problemlər də böyük təsir göstərəcək, müharibədən sonra bu problemlər aradan qalxmayacaq və həyat səviyyəsinə təsir edəcək. Bütün bunlar, Qallyamov hesab edir ki, Putin rejiminin reytinqinin kəskin aşağı düşməsinə səbəb olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə