Azadlığa çıxan Durov 24 yaşlı sevgilisi Yuliya ilə şəhəri gəzir...
Paris Match Telegram-ın yaradıcısı Pavel Durovun azadlığa çıxdıqdan sonra ilk fotolarını dərc edib. Fotolarda o, yoldaşı, 24 yaşlı Yuliya Vavilova ilə şəhəri gəzir və jurnalistlərin fikrincə, o, Fransa hüquq-mühafizə orqanları ilə problemlərdən narahat görünmür.
... Telegram-ın patronu Pavel Durov özündən on beş yaş kiçik sevgilisi Yuliya Vavilova ilə Paris həyatından zövq alır.
SİA-nın əldə etdiyi məlumata görə, nəşr cütlüyün fotolarını yazır və dərc edir.
Jurnalistlər belə qənaətə gəlirlər ki, Durov on iki maddə ilə ittiham olunsa da, “görünür, qanunla o qədər də problemi yoxdur”. Bunlara məlumat verməkdən imtina, uşaq pornoqrafiyası şəkillərinin yayılmasında iştirak, narkotiklərin qanunsuz dövriyyəsində iştirak və çirkli pulların yuyulması daxildir.
Paris Match qeyd edir ki, Durov rusdur, Brejnevin dövründə Leninqradda anadan olub. Onun üç pasportu var: Sent Kitts və Nevis, Fransa Respublikası və Birləşmiş Ərəb Əmirlikləri…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB