...Çoxlu sayda anti-Rusiya sanksiyalarına baxmayaraq, Moskva iqtisadiyyatı davamlı olaraq güclü artım nümayiş etdirir, amma işsizlik səviyyəsi isə hələ ki, az da olsa qalır?
SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” bunu yeni statistikaya istinadən bildirir.
Nəşrin məlumatına görə, iyulda Rusiyada sənaye istehsalı iyundakı 2,7 faiz ilə müqayisədə 3,3 faiz, ilin əvvəlindən isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artımla müqayisədə 4,8 faiz artıb. İlin birinci yarısında Rusiya ÜDM-in artımı ötən ilin eyni dövründəki 1,8 faiz ilə müqayisədə 4,6 faiz təşkil edib.
Yeni məlumatlar onu da göstərdi ki, ilin birinci yarısında rusiyalıların real əmək haqqı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz, nominal əmək haqqı isə 18,1 faiz artıb. İşsizlik iyul ayında 1,9 milyon nəfər və ya işçi qüvvəsinin 2,4 faizi olmaqla tarixən aşağı səviyyədə qalıb.
...Belə məlumatlar onu göstərir ki, Rusiya iqtisadiyyatı Qərbin iqtisadi sanksiyalarına və beynəlxalq ödənişlərlə bağlı problemlərə baxmayaraq, ayaqdadır.
Bunu yazan “Reuters” ruslara “il üçün daha parlaq perspektivlər” vəd edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB