Türkiyə 114 ölkəyə çay ixrac edib

Türkiyə 114 ölkəyə çay ixrac edib

Türkiyə yanvar-iyul ayları arasında 114 ölkəyə çay ixrac edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sözügedən dövrdə 3 min 126 ton çay ixrac olunub. İxrac əməliyyatından 14 milyon 887 min 221 dollar gəlir əldə edilib.

Ən çox ixrac isə Belçikaya edilib. İxracdan 5 milyon 248 min 461 dollar gəlir əldə olunub.

Bu dövr ərzində Böyük Britaniya və Almaniyaya da çay ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə