Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə yenidən zərbə endirib
Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Hudeyda əyalətindəki hədəflərə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.
Hərəkatın lideri Əbdül Malik əl-Husi ABŞ-ın təkcə bu həftə Yəmənə ən azı 10 hava hücumu həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, cari ilin yanvarından etibarən Britaniya və ABŞ qüvvələrinin nəqliyyat hədəflərini bombalaması nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə