"Ukraynaya F-16-ların gəlməsi müharibədə dönüş nöqtəsi olacaq" - ZELENSKİ

Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı Ukraynanın indiyədək Qərb ölkələrindən 10 ədəd F-16 döyüş təyyarəsi aldığını və ilin sonuna qədər bu sayın 20-yə çatacağını iddia edib. SİA xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Ukrayna pilotlarının ölkə daxilində əməliyyatlar üçün F-16 döyüş təyyarələrindən istifadə etməyə başladığını, Rusiyanın işğalından bəri 29 aydan çox gözlənilən ABŞ istehsalı olan döyüş təyyarələrinin çatdırıldığını təsdiqlədiyini bildirib.

Ukrayna prezidenti Zelenski bildirib ki, F-16-lar Ukraynadadır: "Biz buna nail olduq. Mən bu reaktivləri mənimsəyən və bu təyyarələri ölkəmiz üçün istifadə etməyə başlayan adamlarımızla fəxr edirəm. F-16-ların tədarükü aylarla gözləndikdən sonra Ukrayna üçün dönüş nöqtəsi oldu".

Bununla belə, nə qədər F-16-nın mövcud olduğu və onların hava hücumundan müdafiəni gücləndirməkdə və döyüş meydanında nə dərəcədə təsirli olacağı hələlik bəlli deyil.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə