Leninqrad vilayətinin Priozerski rayonunda sərnişin avtobusu yanıb. Sürücü və sərnişinlər yanan avtomobildən qurtula biliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə şənbə günü, avqustun 3-də səhər saatlarında Sortavala şossesinin Şumilovo kəndi yaxınlığında baş verib.
Beləliklə, Priozersk - Sankt-Peterburq marşrutu ilə hərəkət edən 960 nömrəli sərnişin avtobusu yanıb.
“47news.ru” saytı xəbər verir ki, 7 sərnişin və sürücü vaxtında təxliyyə edə bilib.
Yanğın zamanı tələfat olmayıb. Hadisənin bütün səbəbləri və şəraiti müəyyənləşdirilir.
Avtobusda baş verən yanğından sonra Priozersk şəhər prokurorluğu araşdırmaya başlayıb, onun çərçivəsində daşıyıcının sərnişindaşıma haqqında qanunvericiliyin tələblərinə riayət etməsi qiymətləndiriləcək.
Leninqrad vilayətinin mətbuat xidməti bildirib ki, yoxlamanın nəticələrinə əsasən, əsaslar olarsa, prokurorluq cavab tədbirləri görəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə