Naməlum şəxslər Fransada bütün internet kabellərini zədələyiblər...
Fransanın doqquz departamentində naməlum şəxslər ölkə boyu genişzolaqlı xidmət göstərən fiber-optik kabelləri kəsiblər. Parisə ziyan dəyməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg məlumat yayıb.
Fransız telekommunikasiya şirkəti SFR bildirib ki, onun şəbəkəsi iyulun 29-da, Paris vaxtı ilə səhər saat 1-dən 3-ə kimi məhv edilib. Provayder müştərilərə xidmət göstərmək üçün alternativ marşrutlardan istifadə edir, baxmayaraq ki, trafikin marşrutunun dəyişdirilməsi sürətin azalması ilə nəticələnə bilər.
Digər operatorlar, xüsusən Iliad SA-nın Free və Netalis də şəbəkələrinin təsirləndiyini söylədi. Onlar həmçinin trafikin yönləndirilməsi üzərində işləyirlər.
Paris prokurorluğunun nümayəndəsi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bölgədəki həmkarları ilə vəziyyəti təhlil edirlər.
Xatırladaq ki, iyulun 26-da, olimpiadanın açılışı günü Fransada dəmiryolunun işində geniş miqyaslı axsama baş vermişdi - naməlum şəxslər üç yüksəksürətli xətti zədələyiblər. Səlahiyyətlilər bunu mümkün təxribat kimi dəyərləndiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB