Rusiyada mənzil qiymətləri ən sürətlə artan şəhərin adı açıqlanıb

Soçi 2024-cü ilin ikinci rübündə ikinci dərəcəli mənzillərin hər kvadratmetrinin orta qiymətinin artımına görə 300 min sakini olan şəhərlər arasında lider oldu.

SİA-nın əldə etdiyi məlumata görə, RBC bu barədə SRG konsaltinq şirkətinin analitiklərinin hesablamalarına istinadən xəbər verir.

Belə ki, bu şəhərdə orta qiymət 6,44 faiz artaraq 264,9 min rubl təşkil edib.

İkinci yerdə 5,77 faiz artaraq 93,2 min rubla qədər Mahaçqala, üçüncü yerdə 5,24 faiz artımla Ulan-Ude, hər kvadratmetr üçün 125,4 min rubl olub.

Bundan əlavə, reytinqin ilk beşliyinə Naberejnıe Çelnı (müsbət 4,69 faiz, 102,3 min rubla qədər) və Barnaul (əlavə 3,93 faiz, 114,4 min rubla qədər) şəhərləri daxil olub.

Moskva 0,51 faiz azalaraq 323,4 min rubla kimi reytinqdə 48-ci yeri tutub. Balaşixada (mənfi 1,11 faiz), Sankt-Peterburqda (mənfi 0,51 faiz), Ryazanda (mənfi 0,34 faiz), Maqnitoqorskda (mənfi 0,33 faiz) və Tulada (mənfi 0,12 faiz) də azalma qeydə alınıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə