...Bu arada internetdə yayılan məlumata görə, guya xaricdə dolaşmaqdan yorulub və sülh şəraitində yaşamaq, işləmək istəyən Valeri Meladze Rusiyaya qayıtmaq qərarına gəlib. Qeyd edək ki, hazırda ifaçı İspaniyadadır, lakin korporativ tədbirlərdə və digər “ehtiyatlarda” pul qazanmaq üçün bütün dünyanı gəzir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə, Moskvada görünən sənətçinin yaxın ətrafı danışıb.
Onlar həmçinin qeyd ediblər ki, Rusiya ilə münaqişədə Ukraynanı dəstəklədiyi iddia edilən Valeri Meladze guya onu yanlış başa düşüldüyünü iddia edib.
Yeri gəlmişkən, ictimai fəallar sənətçinin uzun illər yaşadığı ölkəyə qayıtmaq istəyinə dərhal cavab veriblər.
Belə ki, “Rusiya veteranları” hərəkatının fəalları Valeri Meladzeni xüsusi hərbi əməliyyat zonasında humanitar missiyalara qoşulmağa dəvət ediblər. “Mash” teleqram kanalı xəbər verir ki, sənətçiyə İspaniyadakı villasını satmaq və əldə olunan gəliri könüllülərin, hərbi qulluqçuların və xüsusi əməliyyat zonasındakı bölmələrin ehtiyacları üçün istifadə etmək təklif olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB