Prokurorluq və İstintaq Komitəsinin əməkdaşları hərbi xidmətdən möhlət alıblar
Dövlət Dumasının ikinci və üçüncü oxunuşda qəbul etdiyi yeni qanuna əsasən, ali təhsil aldıqdan sonra prokurorluq və İstintaq Komitəsinə daxil olan şəxslərə hərbi xidmətə çağırışdan möhlət veriləcək.
Həmçinin xüsusi rütbələrin verildiyi vəzifələrdə çalışanları hərbi hazırlıqdan azad edir.
SİA TASS-a istinadən xəbər verir ki, yeniliklər sentyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda hərbi xidmətə çağırışdan möhlət yalnız daxili işlər orqanlarında, yanğından mühafizə orqanlarında, cəzaçəkmə orqanlarında, icbari icra və gömrük orqanlarında ali təhsilli, xüsusi rütbəli işçilərə verilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB