...Ukrayna tərəfdaş ölkələrin Kiyevi çox tezliklə “F-16” qırıcıları ilə təmin edəcəyini gözləyir, lakin indiyə qədər Qərbin vəd etdiyi tədarüklərin yalnız yarısı vaxtında çatdırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı, mayın 28-də dərc olunan “Reuters” agentliyinə müsahibəsində Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.
Umerov, “...vaxt çox vacibdir və hücumları dəf etmək üçün vaxtında çatdırılmalara ehtiyacımız var”- deyib.
O, “F-16” qırıcılarının çox, çox tezliklə Ukraynaya çatdırılacağına ümid edir.
Umerovun sözlərinə görə, Ukraynanın almaq mümkün olduğu qədər çox təyyarəyə ehtiyacı var. Nazir qeyd edib ki, Ukrayna hazırda kadrların, xüsusən də pilotların hazırlanmasına, infrastruktura, istismar və texniki xidmət üçün komandaların cəlb edilməsinə diqqət ayırıb.
Umerov bildirib ki, Ukrayna özünün silah və pilotsuz təyyarə istehsalını, eləcə də elektron müharibə sahəsində imkanlarını artırmaqda davam edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB