59 yaşlı Çeçenistan vətəndaşı rus polisini yaralayıb...

59 yaşlı Çeçenistan vətəndaşı rus polisini yaralayıb...

Sankt-Peterburq sakini həbs zamanı polis əməkdaşlarına atəş açıb. 78.ru xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri güllə yarası alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə şənbə günü, mayın 25-də günorta saatlarında Nevski rayonunun Narodnaya küçəsində yerləşən hündürmərtəbəli binada baş verib.

Polisə atəş açan daha sonra eyvanda barrikada quraraq təslim olmaqdan imtina edib.

İlkin məlumatlara görə, hücum edən şəxs hadisədən bir qədər əvvəl mübahisə etdiyi arvadını girov götürə də bilərmiş?

Qeyd olunur ki, danışıqlar nəticəsiz qaldıqdan sonra polis mənzilə basqın etməyə hazırlaşır.

Məlum olub ki, atəş açan şəxs 90-cı illərdə ağırlaşdırıcı şərtlərlə qəsdən adam öldürmə maddəsi ilə məhkum edilmiş 59 yaşlı Çeçenistan vətəndaşıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə