...Moskvanın Birblevo Zapadnoye rayonunda kütləvi dava olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Medınskaya küçəsində baş verib.
Davada travmatik silahdan istifadə edildiyi ehtimal edilir. Yaralılar var.
Cinayət işinin başlanması barədə qərara Cənub İnzibati Dairəsinin prokurorluğu nəzarət edir və hadisənin təfərrüatlarını müəyyənləşdirir.
Öz növbəsində, Moskva Baş Daxili İşlər İdarəsinin mətbuat xidməti xəbərdarlığın növbətçi məntəqəyə saat 19:26-da daxil olduğuna aydınlıq gətirib.
Hadisə yerinə gələn polis davanın bir neçə iştirakçısını saxlayıb.
İlkin məlumatlara görə, davada təxminən 15 nəfər iştirak edib.
Məlumatda həmçinin bildirilir ki, hadisə yerinin yaxınlığında bıçaq xəsarətləri olan iki nəfər aşkarlanaraq və xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları münaqişənin bütün iştirakçılarının şəxsiyyətini və onun şəraitini müəyyənləşdirirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB