Qərbin rus iqtisadiyyatı barədə düşündüyü doğrulmadı...

Belə ki, Rusiya iqtisadiyyatı stabil olduğunu ortaya qoydu...
Qərbin rus iqtisadiyyatı barədə düşündüyü doğrulmadı...

...Rusiya iqtisadiyyatı dayanıqlı olduğunu sübut etdi və sanksiyalara baxmayaraq böyüməyə davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “La Libre” yazır.

Avropa Yenidənqurma və İnkişaf Bankının son proqnozlarına görə, Rusiya ÜDM-i bu il 2,5 faiz- sentyabrda gözləniləndən 1,5 faiz çox artacaq. İndi Rusiyanın gəlirləri müharibədən əvvəlki səviyyələri üstələyir və ötən il iqtisadiyyat 3,6 faiz artıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Beata Javorçik çoxlarının anti-Rusiya sanksiyalarının dərin maliyyə və iqtisadi böhrana gətirib çıxaracağına dair ümidlərini real olmayan hesab edir.

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya texnologiya idxalını məhdudlaşdırıb, həmçinin transmilli şirkətlərin və ixtisaslı işçilərin Rusiya bazarını tərk etməsinə səbəb olub. ...Ortamüddətli perspektivdə ölkənin ÜDM artımı sanksiyalardan əvvəlki səviyyədən aşağı olacaq.

Bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı Aralıq dənizinin cənubu və şərqi ölkələrində iqtisadi artımın Qəzza zolağında münaqişə səbəbindən yavaşlayacağını və bunun da İordaniya və Livanda turizm üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola biləcəyini qeyd edir.

Bundan əlavə, Yəmən husilərinin İsrail əməliyyatına etiraz olaraq gəmilərə hücumundan sonra Misirin Süveyş kanalı rüsumlarından əldə etdiyi gəlir kəskin şəkildə azalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə