Panama sahillərində zəlzələ qeydə alınıb

Sakit okeanda Panama sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Burika şəhərindən 76 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə