Polşada beynəlxalq müdafiə üçün müraciət edənlər...

...2024-cü ilin mart ayının sonuna qədər təxminən 3 min əcnəbi Polşada beynəlxalq müdafiə üçün müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ərizəçilərin ən böyük qrupları Ukrayna və Belarus vətəndaşları olub.

Belə ki, bu ilin birinci rübündə beynəlxalq müdafiə üçün müraciətlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz çox olub.

Deməli, bu ilin birinci rübündə 1,2 min nəfər Ukrayna, min nəfər Belarusiya, 0,3 min nəfər isə Rusiya vətəndaşı Polşada beynəlxalq müdafiə üçün müraciət edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə