Blinken Çinə səfər edəcək...

...ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-26-da Çinə səfər edəcək.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib.

Blinken Çin xarici işlər naziri Van Yi də daxil olmaqla çinli həmkarları ilə görüşəcək, tərəflərin Yaxın Şərqdəki böhranı və Çinin Cənubi Çin dənizindəki “təxribatlarını” müzakirə edəcəyi gözlənilir.

...O, həm Şanxayda, həm də Pekində yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək.

Bunu Dövlət Departamentinin sözçüsü bildirib.

Həmçinin qeyd edilir ki, Blinken bir sıra ikitərəfli, regional və qlobal məsələlərlə bağlı narahatlığını ifadə etmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl Blinken, Çin müəssisələrinin Rusiya hərbi sənaye kompleksinin əsas tədarükçüsü olduğunu bildirib.

Amerikalı diplomatın sözlərinə görə, Çin Rusiyaya ikili təyinatlı mallar, dəzgahlar və yarımkeçiricilər verir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə