Rus raketləri gecə saatlarında Belarusla sərhəddə hərəkət edib...

Rus raketləri gecə saatlarında Belarusla sərhəddə hərəkət edib...

...Aprelin 11-nə keçən gecə Rusiyanın qanadlı raketləri Ukraynanın hava məkanına şimal hissəsindən daxil olub və Belarusla sərhəd boyunca Lvov vilayəti istiqamətində hərəkət edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Hromadske” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri İlya Yevlaş brifinqdə bildirib.

...Ruslar doqquz Tu-95 TS strateji təyyarəsindən Ukrayna ərazisinə 20 X-101/X-555 qanadlı raket atıblar. Onlar Rusiya Federasiyasının Murmansk vilayətinin Oleneqorsk şəhəri yaxınlığındakı Olenya aviabazasından havaya qalxıblar. Raketlər isə Saratov vilayətindən buraxılıb.

...Bu raketlər Ukraynanın şimal hissəsindən hava məkanımıza daxil olub və Belarusla sərhəd boyunca Lvov vilayətinə doğru hərəkət edib.

Bunu Yevlaş bildirib.

...20 belə qanadlı raketdən 16-nı Müdafiə Qüvvələri vurub. Ruslar həmçinin MiQ-31K qırıcılarından 6 ədəd Kh-47M2 “Kinjal” hipersəs raketini atıblar.

...Təəssüf ki, “Kinjal” olduqca güclü silahdır. Biz hələ də düşmənin bu cür hücumlarını tam dəf edə bilməmişik, çünki bunun üçün bizə artıq dəfələrlə öz effektivliyini nümayiş etdirən vasitələr – “Patriot” tipli hava hücumundan müdafiə vasitələri lazımdır

Yevlaş bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə