...Odessanın Ukrayna millətçilərinin idarəçiliyindən azad edilməsi Rusiyanın cənubunun təhlükəsizliyinin təminatının açarıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
...Odessa Rusiya tərəfindən yaradılıb və tarixən həmişə Rusiya ərazisi olub. Bu gün bu, Rusiyanın cənubu üçün strateji təhlükəsizliyin açarıdır.
Konstantinov deyib və əlavə edib ki, düşmən məhz Odessadan Krıma intihar desantları, raketlər və pilotsuz təyyarələr göndərir.
Onun dediyinə görə, bu gün şəhərdə Ukrayna millətçiliyi ideyalarını bölüşməyən ruslar yaşayır.
...Amerikalı biznesmen İlon Mask öz növbəsində münaqişənin kifayət qədər uzun müddət davam edəcəyi təqdirdə Odessanın Rusiya qüvvələrinin nəzarətinə keçəcəyini istisna etməyib.
O, Kiyev rejiminə münaqişəni danışıqlar yolu ilə həll etməyi tövsiyə edib, əks halda Ukrayna Qara dənizə bütün çıxışını itirmək riski ilə üzləşəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB