Varşava Belarus, Rusiya, Litva və Ukrayna ilə sərhədə əlavə qoşun göndərəcək. SİA-nın əldə etdiyi məlumata görə, bunu respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
...Biz Polşa Ordusunun Podlaskie, Lyublin, Varmiya-Masuriya və Subkarpat voyevodalıqlarında, bütün sərhəd voyevodalıqlarında mövcudluğunu gücləndirəcəyik.
...Rusiya, Litva, Belarus və Ukrayna sərhədlərinə yaxın hərbi qulluqçuların yerləşdirilməsinə təxminən 250 milyon dollar ayrılacaq.
Verilən xəbərlərə görə, Polşa hakimiyyət orqanları Belarusdan bu ölkəyə daxil olmağa can atan 1,5 mindən çox qanunsuz cəhd qeydə alıb.
Qeyri-qanuni giriş cəhdlərinin qarşısını almaq üçün 2022-ci ildə Polşa hakimiyyəti sərhəddə 186 km uzunluğunda və 5,5 m. hündürlüyündə qoruyucu divar inşa edib.
Polşa hökuməti Belarusla sərhəddə 10 mindən çox hərbi qulluqçu cəmləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB