“Tokayev Moskvanı qıcıqlandırır..?”

Qazaxıstan gerbinin dəyişdirilməsi təşəbbüsü Kremlin xoşuna gəlməyib...
“Tokayev Moskvanı qıcıqlandırır..?”

...Qazaxıstanda sovet dövrünün əlamətlərindən xilas olmaq üçün yaxın gələcəkdə dövlət gerbində dəyişikliklər edilə bilər.

Qeyd edək ki. bir müddət bundan əvvəl SİA bununla bağlı yazı vermişdi.

Və ölkə prezidenti Kasım-Jomart Tokayevin müvafiq təkliflə çıxış etdiyini bildirmişdi.

Deməli, Qazaxıstan liderinin sözlərinə görə, bu məsələ ilə bağlı ekspert icmasının və Qazaxıstan əhalisinin fikirləri dinləniləcək.

Maraqlıdır ki, Tokayev Qazaxıstan gerbinin həddindən artıq çətin qavranıldığını və sovet dövrünün əlamətlərini ehtiva etdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, ötən il Tokayev ölkənin bütün şəhər və rayonlarının simvollarının vahid standarta çatdırılması vəzifəsini məqsəd kimi qarşıya qoyub.

Yeri gəlmişkən, “Azattyk” radiosu öz növbəsində yada salır ki, Qazaxıstanın gerbində dəyişikliklərin edilməsi zərurəti ilə bağlı müzakirələr Nursultan Nazarbayevin prezidentliyi dövründə də aparılıb.

...Qazaxıstan hakimiyyətinin bu cür addımları, şübhəsiz ki, keçmiş SSRİ respublikalarının sovet keçmişindən vaz keçmək üçün hər hansı hərəkətinə həssaslıqla yanaşan Kremli qıcıqlandırmaqdadır.

Qeyd edək ki, Qazaxıstan bayrağına gəlincə, Tokayev onu stilistik cəhətdən qüsursuz hesab edir. O, respublika himni ilə bağlı da eyni fikirdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə