Argentina prezidenti Ukraynaya gələcək...

Argentina prezidenti Ukraynaya gələcək...

Argentina prezidenti Xavyer Mayli yayda Ukraynaya səfər etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Infobae” xəbər verir.

…Dövlət başçısı prezident Vladimir Zelenskiyə dəstəyini ifadə etmək istəyir.

Jurnalistlərin məlumatına görə, Mayli Kiyevə Avropa turnesi çərçivəsində gələcək. O, Fransa, Almaniya və İspaniyaya da səfər edəcək.

Argentina prezidenti Emmanuel Makron, Olaf Şolz və Pedro Sançeslə görüşəcək.

Səfərlərin təfərrüatları verilmir.

Xatırladaq ki, Zelenski ötən ilin dekabrında Maylinin andiçmə mərasimində olub.

Daha sonra Argentina prezidenti Latın Amerikası ölkələrini Ukraynanın tərəfinə keçməyə inandırmaq niyyətində olduğunu açıqlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə