Milyonlarla insan təhlükə altındadır...

Meksikada Popocatepetl vulkanı püskürür

Meksikada yanğın təhlükəsi var - orada vulkan püskürür. O, ölkənin paytaxtından cəmi 70 kilometr aralıda yerləşir.

Mexiko Beynəlxalq Hava Limanında artıq iyirmidən çox reys ləğv edilib. Tüstü və kül səbəbiylə ərazi sarı həyəcan səviyyəsindədir.

Adı sözün əsl mənasında "Siqaret çəkən dağ" kimi tərcümə olunan vulkan Meksikada ikinci ən yüksək və aktivdir. Hazırda təxminən 25 milyon insan potensial təhlükəli zonada yaşayır.

İndi ABŞ-ın ən cənub ştatında - Texasda vəziyyət ağırdır. Belə ki, bu əraziləri təbii yanğınlar bürüyüb. Artıq 100 min hektar ərazi dağıdılıb. Yerli sakinlər isə dumandan boğulurlar. SİA-nın əldə etdiyi məlumata görə, artıq aylardır İslandiyada, Reykjanes yarımadasında vulkan tüğyan edir.

Lava Qrindavik şəhərinə çatıb və bu da yerli sakinləri köçməsinə səbəb olub. Alimlər bunu son yarım əsrdə bu sahədə ən ciddi hadisə adlandırıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə