Belçikada təhsil nazirinin kabinetində 50 kisədən çox kokain tapılıb

Belçikada təhsil nazirinin kabinetində 50 kisədən çox kokain tapılıb

Belçikada polis Valon təhsil naziri Karolin Desirin ofisində 50-dən çox kisə kokain tapıb.

“La Dernière Heure” qəzetinin hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, axtarışlar 2023-cü ilin dekabrında ölkənin fransızdilli cənub bölgəsinin nazirinin ofisində aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, narkotik vasitələr məmurun kabinetində nazirin köməkçilərindən birinin üzvü olduğu cinayətkar qrup tərəfindən saxlanılıb.

Polis cinayətkar birliyin 8 üzvünü saxlamağa müvəffəq olub, onlardan altısı hazırda həbs edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nazir köməkçisinə qarşı etimadın pozulması ifadəsi ilə işdən çıxarılma proseduru başlanıb.

Yeri gəlmişkən, bundan əvvəl Sankt-Peterburq limanında kofe olan konteynerdə 13 milyard rubl dəyərində kokain tapıldığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə