ABŞ-ın Çikaqo hava limanında iki sərnişin təyyarəsi taksi hərəkəti zamanı toqquşub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Associated Press” yayıb.
Yanvarın 14-ü, bazar günü axşam saatlarında fövqəladə vəziyyət baş verib. Belə ki, Yaponiyanın “All Nippon Airways” aviaşirkətinin “Boeing 777” təyyarəsi Amerikanın “Delta” aviaşirkətinə məxsus “Boeing 717” təyyarəsini kəsib. Nəticədə birinci təyyarənin sol qanadının ucu ikinci təyyarənin arxasına çırpılıb.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
“All Nippon Airways”in Tokioya reysi təyyarəni yoxlamaq üçün ləğv edilib. Federal Aviasiya Administrasiyası qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB