Almaniyada türk qadını öldürülüb

Almaniyada türk qadını öldürülüb

Almaniyanın Frankfurt yaxınlığındakı Mörfelden-Walldorf qəsəbəsində 38 yaşlı qadın başından güllə yarası ilə öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qurbanın İ.Aysel adlı şəxs olduğu bildirilib. Ötən gecə adı açıqlanmayan 48 yaşlı kişi supermarketə daxil olaraq türk qadını kassada tapança ilə başından vurub. Cinayətkar daha sonra eyni silahla özünü də öldürüb. Qadın da bir müddət sonra aldığı yaralar səbəbindən dünyasını dəyişib.

Hadisə zamanı başqa xəsarət alanların olmadığı açıqlanıb. Hadisənin sona çatan bir əlaqə səbəbiylə baş verdiyi və qatilin tərk edilməsini və ya əvvəlki sevgilisinin ona qayıtmamasını qəbul edə bilmədiyi düşünülür. Qətlə yetirilən qadın və onu vuran kişinin türk əsilli, lakin Bolqarıstan vətəndaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə