Yaroslavl vilayətindən olan iki yeniyetmə terror aktı hazırlamaqda ittiham olunurlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Baza” yayıb.
İstintaqın məlumatına görə, onlar Yaroslavl qarnizonu hərbi məhkəməsinin binasını yandırmağı planlaşdırıblar.
İş materiallarına görə, yanvarın 1-də axşam saatlarında yeniyetmələrin binaya baxış keçirmək və qaçış yollarını müəyyən etmək üçün Karl Liebknext küçəsinə gəldikləri, ertəsi gün isə mağazadan tez alışan maye, qaz balonları və qaz ocağını aldıqları iddia edilir.
Bundan sonra onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Yeniyetmələrdən birinin telefonuna baxış keçirilərkən “Ukrayna ərazisində olan naməlum şəxslərlə yazışmalar” aşkar edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən birinin 15, o birinin isə 16 yaşı var. Hazırda onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəmə prosesi gözlənilir.
Bundan əvvəl Kaluqa şəhərində 16 yaşlı iki məktəbliyə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, yeniyetmələr teleqram vasitəsilə Ukrayna tərəfində vuruşan “Rusiyanın Azadlığı” legionuna qoşulub və müəyyən kuratorun göstərişi ilə Krasnıy Qorodok kəndindəki mobil telefon qülləsini yandırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB