Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iddia edir ki, yanvarın 4-nə keçən gecə Çelyabinsk yaxınlığında Şaqol hərbi aerodromunda Su-34 taktiki bombardmançı təyyarəsi yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Baş Kəşfiyyat İdarəsi teleqramda yanan təyyarənin videosunu dərc edir və qeyd edib ki, “təyyarənin yanmasının səbəbləri aydınlaşdırılır”.
Eyni zamanda, Ukrayna mediası həmin Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən bunun Ukrayna hərbi kəşfiyyatının xüsusi əməliyyatı olduğunu iddia edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri şərh etməyib. İctimai səhifələrdə də Çelyabinskdəki hərbi aerodromda yanğınla bağlı heç bir məlumat yoxdur. Bununla belə, müharibə haqqında yazan bir sıra Rusiya teleqram kanalları, xüsusən Müdafiə Nazirliyinə və əvvəllər “Vaqner” PMC-yə yaxın hesab edilən Fighterbomber, həqiqətən də yanğın baş verdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB