"Ukraynada son 1 ildə silah istehsalı 3 dəfə artıb"

V.Zelenski sosial media hesabında verdiyi açıqlamada deyib ...
"Ukraynada son 1 ildə silah istehsalı 3 dəfə artıb"

Ukrayna prezidenti Volodimir Zelenski bildirdi ki, Ukraynada son 1 ildə silah istehsalı 3 dəfə artıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Zelenski sosial media hesabında verdiyi açıqlamada deyib: "Biz güclü olmalıyıq. Son 1 ildə silah istehsalını 3 dəfə artırmışıq. Rusiya anlamalıdır ki, onun hər bir hücumuna cavab gecikməyəcək. Bizə qələbə lazımdır. Ukrayna daha güclü olacaq.

Hazırda Ukraynanın müdafiə sektorunda 300 min adamın çalışır. Hər 5 müdafiə şirkətindən 4-ü xüsusidir.

Dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsal da mümkündür”.

Bütün xəbərlər Facebook səhifəmizdə