Puşilin Ukrayna məhkəməsinin ona verdiyi hökmdən danışıb

Puşilin Ukrayna məhkəməsinin ona verdiyi hökmdən danışıb

“Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin Ukrayna məhkəməsinin qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarını yüksək qiymətləndirib.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, o, hökmü qürur səbəbi adlandırıb.

...Agentliyin həmsöhbəti vurğulayıb ki, bununla da “düşmən prokurorluğu” onun Donbass sakinlərinə seçim etmək imkanının verilməsinə verdiyi töhfəni tanıyıb.

Xatırladaq ki, dekabrın 27-də Ukrayna məhkəməsi “Donetsk Xalq Respublikası” rəhbərini qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

Departament izah edib ki, ittiham onun “respublika”nın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsi barədə sərəncamı ilə bağlı irəli sürülüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə