...Kupyansk istiqamətində ruslar xeyli sayda zirehli texnikadan istifadə edərək hücuma keçməyə cəhd ediblər. Lakin bir müddət sonra rusların piyada döyüş maşınları və tankları döyüş mövqelərini tərk edərək geri çəkiliblər.
SİA-nın əldə etdiyi məlumata görə, Xarkov vilayətinin Sinkovka yaxınlığındakı döyüşün videosunu Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti Telegram-da yayımlayıb.
...Xeyli sayda zirehli texnikası olan çox üstün düşmən mövqelərimizi ələ keçirməyə cəhd etdi. Lakin güclü müdafiə ilə üzləşən düşmən geri çəkilməyə məcbur edilib. Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyasından olan videonun təsvirində bunlar öz əksini tapıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB