“Səfərbərliksiz keçinmək olmayacaq...”

“Səfərbərliksiz keçinmək olmayacaq...”

Ukrayna ordusu ölkədə ümumi səfərbərliyi zəruri hesab edir. Bu barədə “The Wall Street Journal” Ukrayna Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı pilotsuz təyyarələrinin operatoruna istinadən məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Ukraynada ümumi səfərbərlik yoxdur, lakin belə görünür ki, səfərbərliksiz keçinmək olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, qəzet qeyd edir ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə lazımi miqdarda silah tədarükünü dayandırdığı üçün cəbhə xəttində döyüşlər Ukrayna hərbçiləri üçün daha qorxulu olub.

Nəşr həmçinin qeyd edir ki, Qərbin Kiyevə dəstəyinin zəifləməsi “ölkədə əhval-ruhiyyəni qaraldır”. Bundan əlavə, nəşr münaqişədə iştirak etmək istəyən ukraynalıların getdikcə daha az olduğuna işarə edib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Baş Qərargah və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əlavə olaraq 450-500 min nəfərin səfərbər edilməsini təklif edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə