Onu qəzəbli Putinlə çətin söhbət gözləyir?..

Onu qəzəbli Putinlə çətin söhbət gözləyir?..

Ukraynanın “qəddar” düşməni(?), Kreml və Moskvanın dostu olan Macarıstanın baş naziri Orban, Avropa İttifaqının Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara başlamağa dair tarixi qərarından sonra yaman qorxuya düşüb(?).

Putin ümid edirdi ki, Orbanın veto hüququndan istifadə edərək, Ukraynanın Avropa İttifaqına daxil olması prosesini qeyri-müəyyən müddətə ləngidə bilər.

Amma Orban həm Putini, həm də Brüsseli aldatmağa qərar verib.

Belə ki, səsvermə zamanı o, Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı qərardan bitərəf qaldığını bildirərək iclas zalını tərk edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indi onu qəzəbli Putinlə çətin söhbət gözləyir?..

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə