NATO-nun baş katibi Yens Stoltenberq Bosniya və Herseqovinadakı separatçı ritorika və xarici faktorlardan narahat olduqlarını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Yens Stoltenberq Qərbi Balkan turunun ilk dayanacağı olan Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Nazirlər Şurasının sədri Borjana Kristo ilə görüşüb.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Yens Stoltenberq NATO-nun Bosniya və Herseqovinanın üzvlük prosesini dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini ifadə edərək "Bosniya və Herseqovina və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etdik. NATO Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütöblüyünü dəstəkləyir''.
Yens Stoltenberq deyib: "Biz Bosniya və Herseqovinadakı separatçı ritorika və xarici faktorlardan narahatıq. Xüsusilə Rusiyanın. Bu vəziyyət sabitliyi və islahatları təhlükə altına qoyur. Bütün liderlər birlik və inkişaf üçün çalışmalıdır. NATO illərdir Bosniya və Herseqovinada sabitlik üçün çalışır''.
NATO-nun Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına (EUFOR Althea) dəstəyini davam etdirdiyini ifadə edən Yens Stoltenberq deyib: "Hər bir ölkə heç bir kənar müdaxilə olmadan öz təhlükəsizlik tənzimləmələrinə qərar verməlidir. Bosniya və Herseqovinanı Avropa İttifaqına tam hüquqlu üzvlük prosesində əldə etdiyi irəliləyişə görə təbrik edirəm''.
Kristo da öz növbəsində NATO-ya üzvlük məsələsində Bosniya və Herseqovinanın bütün lazımi öhdəlikləri yerinə yetirməyə davam edəcəyini vurğulayaraq deyib:"NATO ilə əməkdaşlıq bizə təhlükəsizliyimizi qorumaq və müdafiə qabiliyyətimizi gücləndirmək üçün son dərəcə əhəmiyyətli imkanlar təqdim edir".
Bosniya və Herseqovinanın üzvlük fəaliyyət planı (MAP) çərçivəsində iştirakçı ölkə olduğunu bildirən Kristo NATO-nun Bosniya və Herseqovinanın müdafiə qabiliyyətini artıracaq yardım paketini təsdiqləməsi münasibətilə Yens Stoltenberqə təşəkkür edib.
Yens Stoltenberqin Qərbi Balkan turu çərçivəsində Kosovoya da səfər edəcəyi bildirilib.
Qeyd edək ki, Yens Stoltenberq sabah Serbiyada danışıqlar aparacaq daha sonra isə Şimali Makedoniyaya gedərək paytaxt Skopyedə NATO-ya üzv ölkələrin regiondakı liderləri ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
National Review: Dünya dizel yanacağı ilə işləyir...
İqtisadiyyat 18:52"Fənərbaxça" Bakıya gəlib
İdman 18:36Kişinyov aeroportunda mina təhlükəsi..?
Dünya 18:12Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlanır
İqtisadiyyat 17:53CAMCA regionunun beynəlxalq əhəmiyyəti artır
Dünya 17:34YAP İdarə Heyətində dəyişiklik: 5 yeni üzv seçilib
Siyasət 17:24ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi
Dünya 17:17Göz quruluğunun səbəbləri nələrdir?
Səhiyyə 16:58YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
Siyasət 16:04“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
İqtisadiyyat 15:14Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 14:15Milli qürur mənbəyimiz - TƏHLİL
Siyasət 13:04Hər şey sürətləndi, insan niyə yoruldu? - KÖŞƏ
Sosial 12:39Pensiyaların indeksləşdirilməsində yeni mexanizm -EKSPERT AÇIQLADI
İqtisadiyyat 12:33“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir.
İqtisadiyyat 11:55FHN-dən əhaliyə XƏBƏRDARLIQ
Sosial 09:52Bakıda məktəbli itkin düşüb
Hadisə 04:06Rubio bu ay üç ölkəyə səfərə çıxır
Dünya 03:22Messi İspaniyada özünə klub aldı...
İdman 02:25Türkiyədə mədən çöküb, 7 ölü var
Dünya 02:02Abbas Əraqçının ağır güñü - bacısı vəfat edib
Dünya 01:03Bakıda ən bahalı mənzillər bu ünvanlarda satılır- AÇIQLAMA
Sosial 1 Oktyabr 23:19Qatarla Tiflisə getmək istəyənlər, bu xəbəri mütləq OXUYUN!
Sosial 1 Oktyabr 23:035 turda 6 qol vurdu, A Seriyasında ən yaxşı futbolçu seçildi
İdman 1 Oktyabr 22:30Azərbaycan millisi Lixtenşteyn yığması ilə də BACARMADI! - YENİLƏNİB
İdman 1 Oktyabr 22:19"Milli komandamız tarixi uğura imza atıb" - Mikayıl Cabbarovdan PAYLAŞIM
İdman 1 Oktyabr 22:02Extrasiia payız kolleksiyasında gündəlik qarderobu yenidən təsəvvür edir...
Dəb 1 Oktyabr 21:52Görmə qabiliyyətini itirdi, amma yolunu itirmədi...
Maraqlı 1 Oktyabr 21:28Yaponların arıqlama və uzunömürlülüyün sirri açılıb...
Sosial 1 Oktyabr 21:06“Putinin psixiatra ehtiyacı var”..?
Dünya 1 Oktyabr 20:53Media: Ruslar cəbhədə Dmitri Donskoyun qalıqlarını itiriblər...
Dünya 1 Oktyabr 20:27Ukrayna dronlarına qarşı müdafiə Rusiya bizneslərinə həvalə edilib...
Dünya 1 Oktyabr 20:07Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



