Ukrayna Müdafiə Qüvvələri Uqledarda irəliləməyə cəhd edən Rusiya Silahlı Qüvvələrinin böyük kolonnasının məğlubiyyətinin görüntülərini nümayiş etdirib. Rusların texnikası yandırılıb, sağ qalan işğalçılar qaçıblar.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna 365 teleqram kanalında yayılan görüntülərə əsasən, nizamlı kolonnada tanklarda olan rus əsgərləri Cənub Cəbhəsinin Uqledarına keçməyə cəhd ediblər. Hərəkəti aşkar edən Ukrayna qoşunları atəşi tənzimləmək üçün pilotsuz uçan aparatı havaya qaldırıb və rus tanklarını artilleriyadan dəqiq atəşə tutmağa başlayıblar.
Ruslar hücumun mənasız olduğunu anlayıb qaçmağa başlayanda sıranın çox hissəsi artıq yandırılmışdı.
Rus hərbçiləri piyada geri çəkilməli olublar.
Qeyd edildiyinə görə, hazırda Rusiya Silahlı Qüvvələrinin itkiləri dəqiqləşdirilir.
Qeyd edək ki, cəbhənin bu hissəsində müdafiəni Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadası aparır. Deyilənlərə görə, rus kolonunu məğlub edən də məhz onun döyüşçüləri olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB