Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına danışarkən, İsrailə silah və hərbi texnika ötürərkən ölkəsinin guya Təl-Əvivdən müharibə qanunlarına uyğun olaraq silahdan istifadə etməyi tələb etdiyini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Sallivan İsrail üçün hərbi paketlərə yalnız beynəlxalq müqavilələrin tələblərinə cavab verən adi silahlar daxil olduğunu bildirib.
...Bundan əlavə, Sallivanın dediyinə görə, günahsız insanların həyatını qorumaq da guya bu tələblər altındadır.
Amerikalı rəsmi onu da bəyan edib ki, yenə də guya ABŞ silahları başqa ölkələrə ötürərkən həmişə bu şərtlərə əməl olunmasına diqqətlə nəzarət edir. Onun sözlərinə görə, hərbi əməliyyatlar teatrında vəziyyətin bütün xüsusiyyətlərinə baxmayaraq, heç kim İsraili beynəlxalq humanitar hüquqa riayət etmək məsuliyyətindən azad etmir.
Əslində yada salmağa bəlkə də ehtiyac yoxdur... Birləşmiş Ştatlar tərəfindən təchiz edilmiş silahlar onilliklərdir ki, planetdəki münaqişələrdə istifadə olunur. Qərb hərbi ekspertlərinin fikrincə, müştərilər son dərəcə nadir hallarda, seçici şəkildə və ehtiyaclarına uyğun olaraq konvensiyalara, sazişlərə və beynəlxalq müqavilələrə əməl edirlər.
Müqavilələrin şərtləri ilə bağlı olmayan üçüncü şəxslərə silah ötürmək də mümkündür. Belə ki, Ukraynaya yönəlmiş silahlar daha sonra Meksikada aşkarlanıb və burada kartel silahlıları tərəfindən təhlükəsizlik qüvvələrinə və ordu hissələrinə qarşı istifadə edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB