İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Həmas tərəfindən saxlanılan bütün girovları azad edəcəyinə söz verib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Əsir düşən vətəndaşların yaxınları ilə görüşdə Netanyahu onları əmin edib ki, İsrail əsirləri azad etmək üçün əlindən gələni edəcək və onların evlərinə gətirilməsi üçün bütün imkanlardan istifadə edəcək.
Hökumət başçısı qeyd edib ki, girovların qaytarılması Qəzza zolağında davam edən hərbi əməliyyatın əsas məqsədlərindən biridir.
Bundan əvvəl HƏMAS İsrail girovlarının azad edilməsi üçün şərt elan etmişdi. HƏMAS-ın hərbi sözçüsü Əbu Obeyda İsrailli girovlar müqabilində bütün fələstinli məhbusların azad edilməsini tələb edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB