Ukrayna kəşfiyyatı Putinin ölümü ilə bağlı xəbərləri şərh edib

Ukrayna kəşfiyyatı Putinin ölümü ilə bağlı xəbərləri şərh edib

...Qeyd edək ki, bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov, Ukrayna xüsusi xidmət orqanlarının Rusiya liderı Vladimir Putinin ehtimal edilən ölümü ilə bağlı xəbərləri hələlik təsdiq edə bilmədiyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, “New Voice” yazır ki, telemarafon zamanı o, Putinin guya ölümü ilə bağlı məlumatın kiməsə faydalı ola biləcəyini vurğulayıb.

“Biz təhlil etməliyik ki, bu cür söz-söhbətlər kimin xeyrinədir. Ukraynalılar belə şeylərə təmkinlə reaksiya verməlidirlər. Əlbəttə ki, biz hamımız bu hadisənin mümkün qədər tez baş verməsini istəyirik, amma tribunaldan sonra daha yaxşıdır. Ancaq bunu anonim Rusiya mənbələrindən öyrənməməlisiniz”, - deyə o bildirib.

Yusov həmçinin təklif edib ki, Rusiya daxilindəki reaksiyaya baxmaq üçün başqa məsələlərlə yanaşı, bu cür məlumatlar da yayıla bilər.

“Belə məlumatlar təkcə Ukrayna auditoriyası üçün deyil, həm də Rusiya Federasiyası daxilindəki reaksiyaya baxmaq üçün verilə bilər”

Bunu da Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə