Ukrayna ordusu Avdeevka istiqamətində Rusiya mövqelərinə reaktiv yaylım atəşi sistemləri ilə hücumları davam etdirir.
SİA-nın əldə etdiyi məlumata görə, Donetsk bölgəsində Rusiya və Ukrayna orduları arasında şiddətli toqquşmalar gedir.
Rusiya qüvvələri Avdeevka şəhərini mühasirəyə alaraq ələ keçirməyə çalışır. Ukrayna əsgərləri bunun qarşısını almaq üçün intensiv hücumlarını davam etdirir.
Avdeevka istiqamətində fəaliyyət göstərən Ukrayna Silahlı Qüvvələrinin 59-cu motoatıcı briqadasının reaktiv artilleriya qrupları da cəbhə xəttində döyüşən əsgərlərə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB