Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Kolumbiya Hərbi Dəniz Qüvvələri Karib dənizindəki San Andres adası yaxınlığında 1 tondan çox kokain müsadirə edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.

“El Tiempo” qəzetinin məlumatına görə, narkotiklər Mərkəzi Amerika ölkələrindən birinə gedən qayıqda olub. Qayıqda olan 5 Kolumbiya vətəndaşı saxlanılıb.

Ölkənin donanmasının məlumatına görə, ilin əvvəlindən hərbçilər 265 ton kokain müsadirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə