11 qanunsuz miqrant saxlanıldı

Türkiyədə 11 qanunsuz miqrant saxlanılıb. Bu barədə SİATürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Muğlanın Datça rayonunun sahil sularında köməksiz qalan miqrantların xilas edilməsi üzçün əraziyə xilasetmə qrupu göndərilib.

Qeyd edilir ki, Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan qayıqda olan miqrantlar sahilə çıxarılıb, əməliyyatlarından sonra ərazi üzrə Miqrasiya İdarəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə