Lloyd Ostin və Rüstəm Umerov arasında telefon danışığı olub

Lloyd Ostin və Rüstəm Umerov arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin Ukraynada müdafiə naziri Rüstəm Umerovu təbrik edərək, ABŞ-ın Ukraynaya dəstəyini qətiyyətlə davam etdirəcəyini bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı bəyanatda Lloyd Ostinin Rüstəm Umerovla telefon əlaqəsi saxladığı bildirilib.
Söhbət zamanı Ostin Umerovu yeni vəzifəsi münasibətilə təbrik edib və ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımı müzakirə edən tərəflər Ukraynanın döyüş meydanında təcili ehtiyacları ətrafında fikir mübadiləsi aparıblar.
Lloyd Ostin və Rüstəm Umerovun görüşləri davam edəcəyi bildirilib.
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 3-də Krım tatarı Rüstəm Umerovun müdafiə naziri postuna təyin edilməsinə qərar verdiyini açıqlayıb.
Ukrayna parlamenti sentyabrın 6-da keçirdiyi iclasda Rüstəm Umerovun namizədliyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə