Almaniyada 61 yaşlı kişi siqaret çəkmək üçün saatda 150 kilometr sürətlə hərəkət edən qatarın təcili əyləcini çəkib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şlezviq-Holşteyndə baş verib.
Təxminən 150 sərnişin xəsarət almadan xilas olub. Həmin şəxs barəsində cinayət işi başlanıb.
Dəmir yolu hərəkətinə təhlükəli müdaxilə və təcili çağırışların sui-istifadəsinə görə təşvişə düşən federal polis məmurları Elmshorn stansiyasında onu gözləyirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB