Putin yaxın vaxtlarda Çin Prezidenti ilə görüşəcək

Putin yaxın vaxtlarda Çin Prezidenti ilə görüşəcək

Rusiyanın dövlət başçısı Vladimir Putin yaxın vaxtlarda Çin Prezidenti Si Cinpinlə görüşəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Putin məktəblilərlə görüşündə deyib: “O, məni dostum adlandırır. Mən onu dostum adlandırmaqdan məmnunam. Çünki o, Rusiya-Çin münasibətlərinin inkişafı üçün çox işlər görüb".

Putinin sözlərinə görə, iqtisadi və siyasi həyatın mərkəzi tədricən Asiyaya keçəcək: “Bu, obyektiv prosesdir”.

Kreml rəhbəri Çin və digər şərq dillərinin öyrənilməsinin rus məktəbi kurikuluma daxil edilməsi təklifini də dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə