Ərdoğan İrakli Qaribaşviliyə başsağlığı verib

Ərdoğan İrakli Qaribaşviliyə başsağlığı verib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şovidə baş vermiş təbii fəlakətin qurbanları ilə bağlı kədərini ifadə edir, Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə və gürcü xalqına başsağlığı verir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

“Gürcüstanda baş verən sürüşmə nəticəsində çoxlu sayda ölən və yaralananlar barədə böyük kədər hissi ilə öyrəndim. Zati-aliləri, dostunuz və qonşunuza - gürcü xalqına və həlak olanların yaxınlarına xalqım adından və şəxsən öz adımdan başsağlığı verirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə